Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
İyulun 14-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Britaniya Parlamentinin üzvü, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüblər.
Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. İki ölkə arasında siyasi-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərindən söz açan işçi qrupunun rəhbəri, təhsil və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına da toxunub.
Arzu Paşaqızı