AŞPA-nın Büro və komitə iclaslarında

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təşkilatın Büro iclasında iştirak etmək üçün dekabrın 8-də Parisə səfər edəcək. 

İclasda Avropa məkanında 2023-cü ildə keçiriləcək seçkilərin müşahidəsi, gələn maliyyə ili üçün Parlament Assambleyasının xərcləri, 2023-cü ildə parlamentlərarası əməkdaşlıq üçün fəaliyyət planı və bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Dekabrın 13-dən 15-dək isə Parisdə AŞPA-nın Siyasi məsələlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək. 

“Turanın səsi” in xəbərinə görə İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü deputat Asim Mollazadə iştirak edəcəklər.

Siyasi məsələlər və demokratiya komitəsində insanların silahlı münaqişələrdən əziyyət çəkməsinin qarşısının alınmasında Avropa Şurasının rolu, təşkilatın iqtisadi əməkdaşlıq və inkişaf sahəsində fəaliyyəti, Şərqi Aralıq dənizində sülhün və sabitliyin qorunması, demokratiya naminə tərəfdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Monitorinq komitəsində isə Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Türkiyə, Moldova, Bosniya və Herseqovina, Macarıstan, Serbiya, və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, Bolqarıstan və Monteneqro ilə post monitorinq dialoqu, San Marino və Fransanın üzvlük öhdəlikləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, öz münasibətlərini bildirəcəklər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir