Hesablama Palatasında 2023-cü ilin ilk Kollegiya iclası keçirilib

Hesablama Palatasında qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə 2023-cü ilin ilk Kollegiya iclası keçirilib.

Turanın səsi ” xəbər verir ki , Bu barədə  Palatadan bildirilib.

İclasda qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və metodoloji bazanın təkmilləşdirilməsi məqsədilə bir sıra metodiki sənədlər müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq bəzi sənədlər yenilənib, bəzilərinin isə ləğv olunması barədə qərar qəbul edilib.

Daha sonra iclasda Hesablama Palatasında tətbiq edilən keyfiyyətə nəzarətlə bağlı illik hesabat təqdim edilib və müvafiq müzakirələr aparılıb, həmçinin Palatanın funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir