Dünya ölkələrinin mərkəzi bankları rekord həcmdə qızıl alıb

2022-ci ilin üçüncü rübündə dünya ölkələrinin mərkəzi bankları 399,3 ton qızıl alıb. Bu, 2022-ci ilin ikinci rübü ilə müqayisədə 115% çoxdur.

Turanın səsi”  xəbər verir ki, bunu “World Gold Council” (WGC) təşkilatının hesabatından görmək olar.

Qeyd olunub ki, mərkəzi banklar tərəfindən 399,3 ton qızıl alışı son 22 ilin ən böyük göstəricisidir. Hətta 2018-ci ilin üçüncü rübündə qeydə alınan əvvəlki rekord indiki göstəricidən demək olar ki, iki dəfə aşağı olub, yəni 241 ton təşkil edib.

Hesabatda qeyd olunub ki, 2022-ci ilin əvvəlindən qızıl alışının həcmi 673,01 ton təşkil edib ki, bu da 1967-ci ildən bəri bütün analoji göstəricilərdən yüksəkdir.

Eyni zamanda,bu il ən çox qızıl alıcıları Türkiyə, Özbəkistan və Qətər Mərkəzi Bankları olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir