Lənkəranda narkotacirlərə qarşı növbəti əməliyyat: 16 nəfər saxlanıldı
Lənkəranda son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirləri zamanı şəhər sakini olan bir nəfər azyaşlı saxlanılıb və ondan marixuana aşkarlanıb. Keçirilmiş əməliyyat tədbirləri ilə onun narkotik vasitəni rayonun Nərimanabad qəsəbəsinin sakini olan Möhübbət Quluzadədən əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan M.Quluzadənin üzərindən marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxsin narkotik vasitəni Nərimanabad qəsəbə sakini Habil Baxşiyevdən əldə etdiyi müəyyən edilib. H.Baxşiyevin üzərindən və dəniz kənarındakı yarımçıq tikilidə gizlətdiyi yerdən 8 kiloqram 910 qram heroin və 2 kiloqram 100 qram marixuana aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09