DİN-in mətbuat xidmətinin məlumatı

Polis ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirləri davam etdirir

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.


2022-ci ilin ötən dövrü ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 173, balıq və başqa su heyvanlarını tutmağa görə 99, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb.

Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2433 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib.

Bu istiqamətdə keçirilən birgə tədbirlər zamanı 10.800 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.


Yol-nəqliyyat hadisələri

Noyabrın 30-da saat 13 radələrində Ağdaş rayonunun Qəsil kəndi ərazisində rayon sakinləri C.Cabbarovun idarə etdiyi “Mercedes” və R.Həmidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Həmidov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, həyat yoldaşı Bahar Həmidova orada ölüb.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 30-da saat 21 radələrində Masallı şəhəri ərazisində şəhər sakini İ.Paşayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Fatma Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Masallı Rayon Polis Şöbəsində araşdıma aparılır.


Soyğunçuluq

Noyabrın 29-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini M.Əliyevin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.


Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Ümid İbayev saxlanılıb. Araşdırmalarla onun noyabrın 26-da Bakı şəhər sakini N.Hüseynovun mobil telefonunu soyğunçuluq yolu ilə talaması da məlum olub.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir