DİN-in mətbuat xidmətindən bildirilib

Dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

Dekabrın 17-də və 18-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Dekabrın 17-də saat 16 radələrində Biləsuvar rayonunun Aranlı kəndi ərazisində rayon sakinləri A.Əliyevin idarə etdiyi “İj Planet” markalı motosikletlə N.Əsədlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən motosikletçi ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dekabrın 17-də saat 19 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.İsgəndərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Vəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada dekabrın 18-də orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Dekabrın 18-də saat 16 radələrində Salyan rayonunun Şəkərli kəndi ərazisində rayon sakini C.Mirzəyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən Ə.Abbasovu və onun əmisi oğlu M.Abbasovu vurub. Nəticədə hər iki piyada xəsarətlə xəstəxanaya yerləşdirilib, Ə.Abbasov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dekabrın 18-də saat 19 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində rayon sakini F.Vəliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən R.Əlimərdanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir