Civə satmaq istədilər, yaxalandılar

Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar.

turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə , satışı qadağan edilən zəhərli kimyəvi maddəni satmağa cəhd edən şəxslər İ.Yusifov və M.Babayevdən 970 qram ağır metal götürülüb.

Onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Arzu Paşaqızı