2766 kişi, 82 qadın məsuliyyətə cəlb olunub – Narkoticarətə dair hesabat

Hüquq mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4434 cinayət faktı aşkarlayıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon AZN kimi qiymətləndirilir. 

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib, onlardan 2766-si kişi, 82-i qadındır.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır.

Arzu Paşaqızı