Neft 0,6 % bahalaşıb

Dünya bazarında neftin qiyməti 0,6 % artıb.

Turanın səsi ” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,62 % bahalaşaraq 1 bareli 85,02 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,63 % artaraq 1 bareli 80,06 ABŞ dolları təşkil edib.

Treyderlər Çin və ABŞ-dan gələn xəbərlərdən sonra bu növ xammala tələbatın artacağını gözləyirlər.

Çin hökuməti 2023-cü il yanvarın 8-dən etibarən ölkəyə gələn şəxslər üçün COVID-19 ilə əlaqədar məcburi karantini ləğv edəcəyini açıqlayıb.

Digər tərəfdən, ABŞ-da sərt şaxtalar ölkə daxilində təbii qaz tədarükünün istehlak normasından 10 %-dək azalmasına səbəb olub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ

AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN

WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir