Zəngilan POLİSİ bir dəqiqəlik sükut etdi
27 sentyabr — Anım Günü münasibətilə saat 12:00- da Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən anım anında polislər xidmət apardıqları ərazilərdə sıraya düzələrək sükut nümayiş etdiriblər.
Azərbaycan polisinin, o cümlədən işğaldan azad edilmiş Zəngilanda xidmət edən asayiş keşikçilərinin şəhidlərimizin xatirəsinə bəslədiyi bu ehtiram hər il ənənəvi olaraq yüksək hörmətlə yerinə yetirilir.


Arzu Paşaqızı