Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

2022-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 141 ölkə arasında 34,93 MB/S sürətlə 61-ci yerdə qərarlaşıb.

Bu barədə “turanın səsi ” “Speedtest Global Index”ə istinadən xəbər verir. Azərbaycan noyabr ayına nisbətən pillə geriləyib.

Mobil internetin sürətinə görə birinci yerdə Qatar 169,51 MB/S sürətlə, sonuncu 141-ci yerdə isə Əfqanıstan (5,18 MB/S) qərarlaşıb.

Məlumatda deyilir ki, ötən ilin sonuncu ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb ki, bu isə noyabr ayı ilə müqayisədə pillə irəliləməkdir. Dekabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,15 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 178 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (225,71 MB/S), sonuncu yerdə isə Kuba (1,91 MB/S) qərarlaşıb.

Ötən il şəhərlərin renkinqində Bakı mobil internetin sürətinə görə pillə geriləyərək 37,94 MB/S sürətlə 76-cı yerə sahiblik edib.

Sabit genişzolaqlı internetin sürətinə görə isə Azərbaycan paytaxtı 29,5 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da pillə geriləmə deməkdir.

Şəhərlərin renkinqi üzrə isə mobil internetdə 172 şəhər, sabit genişzolaqlı internetdə isə 194 şəhər rəqabət aparır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir