Avropada təbii qazın qiyməti artıb
Avropada təbii qazın qiyməti həftənin ilk ticarət günündə 7% artıb.
“Turanın səsi ” in məlumatına görə, bunu “ICE London” Fond Birjasının məlumatları göstərir.
TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri 1000 kubmetr üçün 773,6 dollar (+2%) səviyyəsində ticarətə başlayıb. Daha sonra onların dəyəri 811,4 dollar (+7%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 758,5 dollar) əsaslanır.
Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09