“Yuventus”un xalları silinib, klub turnir cədvəlində 8 pillə geriləyib

0


Futbol üzrə İtaliya çempionatının A Seriyasının prokuroru “Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib.

Turanın səsi ” xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin “Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb etmişdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir