Ronaldunun “Əl-Nəsr” klubuna mümkün keçidinin detalları bəlli olub

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubuna mümkün keçidinin detalları bəlli olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 37 yaşlı hücumçu Ər-Riyad təmsilçisindən rəsmi təklif alıb. Klub təcrübəli forvarda 2025-ci ilədək hər mövsüm üçün 200 milyon avro maaş ödəməyə hazır olduğunu bildirib.
Məbləğin böyük hissəsi sponsorluq müqavilələrindən əldə olunacaq. Buna görə də oyunçunun imic hüquqlarının müzakirə olunub-olunmayacağı hələ məlum deyil.
Qeyd edək ki, Kriştianu Ronaldunun son klubu İngiltərə “Mançester Yunayted”i olub. “Qırmızı şeytanlar” futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09