İstanbul derbisi: “Qalatasaray” “Fənərbağça”nı məğlub edib
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.
“Turanın səsi” in məlumatına görö, XVIII tur çərçivəsində “Fənərbağça” öz meydanında “Qalatasaray”ı qəbul edib.
Yeni ilin ilk derbi qarşılaşmasında qonaq komanda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.
“Qalatasaray”ın heyətində Serjio Oliveira (32-ci dəqiqə), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.
“Qalatasaray” bu qələbədən sonra 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Ondan dörd xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09