Nazirlik: “Son 4 ayda 1 583 şəhid ailəsi və qaziyə psixoloji yardım göstərilib”

“Son 4 ayda 1 583 şəhid ailəsi və qaziyə psixoloji yardım göstərilib”.

Turanın səsi”  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin psixoloqu Brilyant Abdullayeva deyib.

Onun sözlərinə görə, FHN tərəfindən müharibədə fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir:

“Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq nazirliyin mütəxəssisləri ilə birgə ötən il sentyabrın 5-dən etibarən fəaliyyətlərini davam etdirirlər. 2022-ci ilin sentyabrından indiyə qədər 1 583 vətəndaşa, o cümlədən 259 uşağa 4 072 seans psixoloji yardım göstərilib”.

“Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər”, – psixoloq vurğulayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir