Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib

Elm və təhsil naziri Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib.

Turanın səsi” xəbər verir ki, nazir bu barədə feysbukda paylaşım edib.

Paylaşımda deyilir:

“Fənn olimpiadaları sahəsində görülən işlərin bəhrəsinin ildən-ilə artdığını müşahidə etmək çox sevindiricidir. Bu gün keçirilən fənn olimpiadalarının ilk mərhələsində 45 mindən çox şagirdin iştirak üçün qeydiyyatdan keçməsi daha savadlı, bacarıqlı, yüksək motivasiyalı bir nəslin yetişməsindən xəbər verir. Hazırda 14-17 yaşlarında olan bu uşaqlar 10-15 il sonra ölkəmizin elm, iqtisadiyyat, sosial və mədəni həyatına, xalqımızın rifahına ciddi töhfə verən mütəxəssislər olacaqlar. Nəticələrdən asılı olmayaraq bütün iştirakçıları, onları bu yarışlara hazırlayan müəllimləri və valideynləri təbrik edirəm”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir