Emin Əmrullayev: “5-7 il ərzində standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq”

“5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq”.

Turanın səsi” in xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

Suqovuşanda artıq məktəbin tikintisinin başa çatdığını vurğulayan nazir söyləyib ki, azad edilən ərazilərdə 197 məktəbəqədər təhsil müəssisəsi tikiləcək:

“Məcburi köçkün məktəblərinin həmin bölgələrə köçürülməsi istiqamətində planlı işlər aparılır. 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir”.

Nazir bildirib ki, növbəti tədris ilinin əvvəlində Şuşa şəhərində inşa edilən məktəb təhvil veriləcək.

E.Əmrullayev Şuşa Realnı Məktəbinin bərpasına artıq başlanıldığını deyib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir