Zelenski Kaxovka SES-ə görə Təhlükəsizlik Şurasının iclasını çağırır
Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasına görə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasını çağırır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə MTMŞ-nin katibi Oleksiy Danilov tviterdə yazıb.
Xatırladaq ki, Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb .İnsidentdə tərəflər bir-birini ittiham edirlər.