Ukrayna kəşfiyyatı Krımda “Kalibr” raketlərinin daşınma zamanı məhv olunduğunu açıqlayıb
Ukraynanın işğal altındakı Krım yarımadasının Canköy şəhərində partlayış “Kalibr” qanadlı raketlərini onların daşınması zamanı məhv edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) teleqramda məruzə edib.
“Müvəqqəti işğal altındakı Krımın şimalındakı Canköy şəhərində baş verən partlayış “Kalibr NK” qanadlı raketlərini onların dəmir yolu üzərindən daşınması zamanı məhv edib”, – kəşfiyyatın məlumatında bildirilib.
BKİ xatırladıb ki, “Kalibr” qanadlı raketləri Rusiya donanmasının sualtı qayıqları vasitəsilə buraxılış üçün nəzərdə tutulub.
“Müəmmalı “partlayış” Rusiyanın demilitarizasiyası prosesini davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad olunmasına hazırlayır”, – BKİ əlavə edib.