Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb.


Ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini deyən Tagasse Çaffo bildirib ki, Azərbaycan parlamentinin spikerinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək.
Milli Məclisin sədri Sahibə Qafarova da öz növbəsində qeyd edib ki, bu səfər Azərbaycanın qarşılıqlı münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir.

Arzu Paşaqızı