Ukrayna DİN: “Kiyevə raketlər Belarus ərazisindən atılıb”


Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbələrinin Belarus ərazisindən, Baranoviçi şəhərindən endirilməsi barədə məlumatlar var.

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko tviterdə yazıb.

O bildirib ki, bu hələ ki, ehtimaldır: “Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarı Vladimir Putin kimi hərbi cinayətkardır və o, da məsuliyyət daşıyacaq”.

A.Geraşinko söyləyib ki, Rusiya bu dəfəki hava hücumu zamanı kritik infrastruktur obyektləri vurub: “18 fərdi evə ziyan dəyib. Xilasedicilər hadisə yerində çalışırlar”.

İlkin məlumata görə, itki yoxdur.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir