Uitkoff: Tramp Moskva və Kiyevə ultimatum verib

ABŞ prezidenti Rusiya və Ukraynaya ultimatum verib və onların davamlı sülh yolunda irəliləyiş əldə etməli olduqlarını, əks halda ABŞ-ın vasitəçilikdən kənarlaşacağını bildirib.
“turaninsesi.az” Breitbart News-a istinadla xəbər verir ki, bunu Donald Trampın xüssusi elçisi Stiven Uitkoff deyib.
O qeyd edib: “Prezident hər iki tərəfə ultimatum verdi ki, əgər birbaşa danışıqlar olmasa və bu danışıqlar tez baş verməsə, o zaman Birləşmiş Ştatlar bu münaqişədən uzaq durmalı və sadəcə müdaxilə etməməlidir. Bizim vasitəçilik etmək istədiyimiz konkretdir Bu, bizim müharibə deyil. Bu müharibəni biz başlamamışıq, amma onun bitməsinə kömək etmək istəyirik. Əminik ki, əsas problemləri həll edə bilərik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI