Türkiyə parlamentinin sədri isveçli həmkarının Ankaraya səfərini ləğv edib
Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin Ankaraya səfərini ləğv edib.
“Turanın səsi “ “TRT”yə istinadən xəbər verir ki, bu qərar PKK terror qruplaşmasına dəstək məqsədilə yanvarın 11-də Stokholmda keçirilən mitinqlə bağlı qəbul edilib. Norlenin səfəri yanvarın 17-də baş tutmalı idi.
“Demokratiya üçün açıq təhlükə olan bu çirkin terror aksiyasına İsveçin icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmaq istəyən dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir” – deyə, o bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09