Polşa Ukraynaya təxminən 2 milyard dollarlıq hərbi yardım edib

Polşanın Ukraynaya verdiyi hərbi dəstəyin ümumi məbləği təxminən 2 milyard ABŞ dollarıdır.

Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında deyib.

Polşa liderinin sözlərinə görə, onlar Almaniya prezidenti ilə Ukraynanın var güc ilə dəstəklənməli olduğuna dair eyni fikri bölüşürlər.

“Ukraynanı hərbi mənada dəstəkləməliyik. Polşa hərbi dəstək üçün belə bir fürsət yaradır, o cümlədən bu dəstəyin həyata keçirilməsi üçün ərazisini təmin etməklə. Öz standartlarımıza görə Ukraynaya böyük dəstək göndərmişik. Biz bunu təxminən 2 milyard dollar dəyərində qiymətləndiririk. Bu, bizim üçün çox böyük məbləğdir”, – A.Duda deyib.

“Daim Ukraynanı dəstəkləyirik. Polşada istehsal olunan silahların özünü doğrultduğunu və Ukrayna əsgərlərinə kömək etdiyini eşitməyə şadıq”, – o əlavə edib.

Daha əvvəl Polşanın Ukraynaya tanklar, pilotsuz uçuş aparatları, digər hərbi texnika, döyüş sursatları, təyyarələr üçün ehtiyat hissələri verdiyi bildirilmişdi.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir