Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib
ABŞ Prezidenti Cozef Bayden Nyu-York ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
“Turanın səsi” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Prezident Bayden bu ştatda fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün əlavə federal yardımın ayrılmasına tapşırıq verib.