Netanyahu söz verdi: Öz təşəbbüsümlə İrana hücum etməyəcəyəm

ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ona Vaşinqtonun tələbi olmadan öz təşəbbüsü ilə İrana hücum etməyəcəyini bildirib.

turaninsesi.az ” Associated Press-ə istinadla xəbər verir ki, Netanyahu Trampla söhbəti zamanı İranın İsrailə hücumu halında İsrail qisas almaq hüququnu özündə saxladığını vurğulayıb.

Baş nazir Amerika liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ ilə bölüşməyə davam edəcəyini də vəd edib. 

O, ABŞ Prezidentinə İsrailin İran məsələsində Vaşinqtona tam etibar etdiyini və Trampın verdiyi istənilən qərarı dəstəkləyəcəyini əmin edib.

Arzu Paşaqızı