NATO baş katibi Türkiyəyə təşəkkür edib
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında keçirdiyi görüşdən sonra Kosovoya qoşun göndərmək qərarına görə Türkiyə hakimiyyətinə minnətdarlığını bildirib.
Bu barədə “turanın səsi ” “Anadolu” agentliyinə xəbər verir.
“Mən Türkiyəyə bölgədəki son iğtişaşlardan sonra Kosovonun şimalına əlavə qüvvələr göndərdiyinə görə təşəkkür edirəm” – NATO-nun baş katibi deyib.
Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlamışdı.