Mövlud Çavuşoğlunun qardaşı vəfat etdi: Bir neçə gün əvvəl güllələnmişdi

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.

turaninsesi.az” Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı olan Aydın Çavuşoğlu bir neçə gün əvvəl Antalyanın Alanya rayonunda özünə məxsus yanacaqdoldurma məntəqəsində odlu silahla ağır yaralanmışdı.

Məlumata görə, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan Aydın Çavuşoğlu əməliyyat olunub və reanimasiya şöbəsində müalicə alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Türkiyə mediasında yayılan xəbərlərə əsasən, hadisə ilə bağlı intihar ehtimalı da araşdırılıb. Polis tərəfindən faktla bağlı istintaq aparılır.

Arzu Paşaqızı