Kiyevdə matəm elan olundu

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.

“Sabah — 15 may Kiyevdə matəm günü elan olunur. Bu qərar düşmənin paytaxta həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib”, — mer bildirib. 

Kliçkonun sözlərinə görə, sabah şəhərdə bayraqlar yarıyadək endiriləcək, əyləncəli tədbirlərin keçirilməsi qadağan olunub.

Hazırda Kiyevin Darnitski rayonunda yaşayış binasında dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.

Son məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb.

Arzu Paşaqızı