KİV: “Rusiya dronlar müqabilində İrana “Su-35” eskadrili ötürə bilər”

Rusiya “Şahid” kamikadze pilotsuz uçan aparatları müqabilində tezliklə İrana 24 ədəd “Su-35” döyüş təyyarəsi verə bilər.

Bu barədə “Turanın səsi ” xarici mətbuata istinadən xəbər verir.

Telekanalın Moskva ilə Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinin məlumatına görə, söhbət əvvəldən Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir.

Bildirilib ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, rusiyalılar isə təyyarələr üçün alıcı axtarırmış. Beləliklə, İran dronlar verməyə başlayandan sonra Rusiya bu ölkəyə təyyarə satmağa qərar verib.

Qərb kəşfiyyatının məlumatına görə, iranlı pilotların yeni təyyarələrdə təlimi tam sürətlə davam edir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir