Çində dron sənayesinin illik istehsalı 16 milyard dolları ötüb
Çinin 2022-ci ildə pilotsuz uçuş aparatları sənayesindən əldə etdiyi gəlir ilk dəfə olaraq 16 milyard dolları keçib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Sənayenin illik istehsalı keçən il 117 milyard yuana (16 milyard dollar) çatıb. Bu, 2021-ci ildəki 87 milyard yuandan 34% çoxdur.
2022-ci ildə Çində istehsal olunan dronların sayı 95 minə, PUA istehsal edən müəssisələrin sayı isə 15 minə çatıb (2021-ci ildəkindən 3 min çox).
Pilotsuz təyyarələrin sayının sürətlə artması bir neçə səbəblə bağlıdır. Birincisi, COVID-19 pandemiyası fonunda malların təmassız çatdırılmasına kömək etmək üçün dronlara ehtiyac artıb. İkincisi, dronların istifadəsi üçün kuryer xidmətləri arasında rəqabət güclənib.