BMT TŞ-ın qeyri-daimi üzvlərinin nümayəndələri fəaliyyətə başlayıb
BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün qeyri-daimi üzvü seçilən beş ölkənin təşkilatdakı daimi nümayəndələri fəaliyyətə başlayıb.
“Turanın səsi” in xəbərinə görə BMT-nin Nyu-Yorkdakı baş qərargah binasında baş tutan təqdimat mərasimdə Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayənləri ölkələrinin bayraqlarını Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrin bayraqları sırasına əlavə edilib.
Bununla da sözügedən ölkələr 2023-cü ilin yanvarından başlayaraq BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan orqanına qoşulub. İki il müddətinə qeyri-daimi üzvü seçilən beş ölkə BMT Təhlükəsizlik Şurasının işində iştirak edəcək.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və veto hüququ vardır. Şuranın 10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Onlardan da beşi hər il dəyişdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09