Bayden koronavirusun mənşəyi ilə bağlı məlumatları ictimailəşdirir
ABŞ Prezidenti Cozef Bayden martın 20-də COVID-19-un ortaya çıxması ilə bağlı məlumatlardan məxfilik qrifinin götürülməsi haqqında qanunu imzalayıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
“Mən ABŞ Konqresinin koronavirus xəstəliyinin mənşəyi haqqında mümkün qədər çox məlumat ictimailəşdirmək məqsədini bölüşürəm”, – Amerika lideri qeyd edib.
Bayden hələ 2021-ci ildə kəşfiyyata COVID-19-un ortaya çıxmasını incələmək üçün bütün mövcud vasitələrdən istifadə etməyi əmr etdiyini söyləyib.
Buna görə də, siyasətçinin qeyd etdiyi kimi, Uhan Virusologiya İnstitutu ilə potensial əlaqələr də daxil olmaqla, COVID-19-un mənşəyi ilə bağlı bütün məxfi məlumatların yoxlanılması davam edəcək.