Şüvəlanda narkotik yetişdirən həbs olundu
Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.
“turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə , onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.
Arzu Paşaqızı