Avropada inflyasiya hələ də iki rəqəmli səviyyədədir

Avrozonada inflyasiya 2021-ci ilin iyul ayından bəri ilk dəfə olaraq yavaşlayıb, lakin hələ də Avropa Mərkəzi Bankının 2%-lik hədəfindən beş dəfə çoxdur.

Bu barədə “Turanın səsi” nə “AP News”a istinadən xəbər verir.

Qeyd olunub ki, bu, avropalı istehlakçıları alıcılıq qabiliyyətindən məhrum edib və iqtisadçıları tənəzzülü proqnozlaşdırmağa məcbur edib. Belə ki, 19 ölkədə istehlak qiymətləri indeksi noyabrda bir il əvvəllə müqayisədə 10%-ə çatıb.

“Rusiya müharibə səbəbindən Ukraynaya təbii qaz tədarükünü böyük ölçüdə azaltdığı üçün inflyasiya yüksək enerji qiymətlərindən, həmçinin xammal və ehtiyat hissələrin tədarükündə yaranan problemlər və COVID-19 pandemiya məhdudiyyətləri başa çatdıqdan sonra tələbatın bərpasından qaynaqlanır” – deyə, məlumatda vurğulanıb.

“Eurostat”ın məlumatına görə, enerji qiymətlərindəki artım oktyabrda 41,5%-dən noyabrda 34,9%-ə qədər azalıb. Mütəxəssislərin fikrincə, azalma Avropanın qış anbarlarını əsasən digər ölkələrdən gələn təchizatla doldurması və mülayim havanın istilik mövsümündə çatışmazlıq qorxusunu azaltması ilə bağlıdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir