Almaniyanın iqtisadi inkişafı təhlükə altındadır
“İşçi qüvvəsi çatışmazlığı Almaniyanın iqtisadi artımını təhdid edir”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirib ki, Almaniya hökuməti institutunun araşdırmasına görə, ölkənin işçi qüvvəsi hazırda 47 milyon nəfərdir, lakin tezliklə artım dayanacaq və bu, almanların daim yaxşılaşan həyat səviyyəsinin sonu olacaq.
Qeyd olunub ki, böyük dəyişikliklər olmasa, bu rəqəm növbəti illərdə kəskin şəkildə azalacaq, iqtisadi artım zəifləyəcək, inflyasiya təzyiqləri artacaq və məhsuldar firmalar üçün xüsusilə ciddi problemlər yaranacaq.
Vurğulanıb ki, iqtisadi artımı indiki səviyyədə saxlamaq üçün ölkəyə hər il 400 min yeni işçi lazımdır. Eyni zamanda, miqrasiya bu problemi həll etməyib. İmmiqrasiya dalğası zamanı gələn qaçqınların yalnız yarısı beş ildən sonra iş tapa bilib.
“Bloomberg”in proqnozlarına görə, ölkə iqtisadiyyatının ümumi artımı çətin ki, on il ərzində 1%-i keçsin. Almaniya qarşıdakı on il ərzində bütün Qərb həmkarlarından daha böyük demoqrafik azalma ilə üzləşəcək.