Bakıda Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq.

turaninsesi.az ” xəbər verir ki, 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatılacağı sessiyada “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.

Sessiya iyunun 25-də başa çatacaq.

Arzu Paşaqızı