Türkiyəli nazir Paşinyan hökumətini təriflədi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistan Baş naziri Nikol Paşinyan hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün çox mühüm addımlar atdığını bildirib.
“turaninsesi.az ” Türkiye-yə istinadla xəbər verir ki, o, Ankaranın şərait yarandıqda münasibətləri normallaşdırmağa hazır olduğunu dilə gətirib:
“Paşinyan hökuməti çox mühüm addımlar atıb. Prezidentimizin göstərişi ilə daha da mühüm addımlar atılıb, o cümlədən birbaşa ticarət və hava nəqliyyatı. Yeni dövrdə yerinə yetirilməli olan vəzifələr də bəllidir. Bunun üçün şərait yarananda biz normallaşmaya hazırıq.
Xatırlatma: Ermənistan və Türkiyə 2022-ci ildə bu məqsədlə qarşılıqlı olaraq öz nümayəndələrini təyin edərək münasibətlərin normallaşması prosesinə başlayıb. Normallaşma prosesində Ermənistanın nümayəndəsi Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfindən isə ABŞ-dəki keçmiş səfiri Serdar Kılıçdır.
Ermənistan və Türkiyə nümayəndələri arasında keçirilən bir neçə görüş nəticəsində Ermənistan-Türkiyə sərhədinin ilkin mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün açılması barədə razılıq əldə olunub, lakin bu razılaşma hələ də həyata keçirilməyib.
Arzu Paşaqızı