Ərdoğan: “Türkiyə yoxsul Afrika ölkələrinin problemini Rusiyadan taxıl təmin etməklə həll edəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya kənd təsərrüfatı məhsullarının Afrikanın yoxsul ölkələrinə pulsuz çatdırılması planlarının olmasını təsdiqləyib.“turanın səsi ”  “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı gənclərlə görüşdə hazırkı vəziyyətin Ukraynadan taxıl ixracı ilə tarazlaşdırmaq mümkün olacağını bildirib.

Prezidentin sözlərinə görə, onlara ehtiyacı olan Afrika ölkələri ümumi ixrac həcminin 14 %-ni təşkil edir:

“Türkiyə, sayəsində taxıl dəhlizinin yaradılması məsələsinin həll olunduğu ölkəyə çevrilib, lakin bizim missiyamız burada tamamlanmayıb. Məqsədimiz Putinin yoxsullara göndərməyi təklif etdiyi Rusiya taxılını emal etmək və onları ehtiyacı olan Afrika dövlətlərinə çatdırmaqdır. Bu günə qədər kənd təsərrüfatı məhsullarının 44 %-i Avropaya, 14 %-i isə Afrikaya göndərilib. Cavabımızı yoxsul Afrika ölkələrinə tədarükü tarazlaşdırmaqla verəcəyik”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir