Nazir V.Eyvazov Xaçmazda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Bu barədə Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından qəbula gələn 143 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnun olduqlarını bildirən sakinlər onların müraciətlərinə obyektiv yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər.
Həmin gün general-polkovnik V.Eyvazov adıçəkilən rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı da keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 152 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 55-i Vətən müharibəsi iştirakçısı olub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir