Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı yıxılaraq ölüb

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı yıxılaraq ölüb.

 “Turanın səsi” xəbər verir ki , bu barədə  Yasamal rayon prokurorluğundan bildirilib.

Belə ki, dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılıb və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir