Qənirə Paşayeva : “Bəzən şəhid ailələri və qazilər məşğulluq üçün verilən avadanlıqları istifadə edə bilmirlər”
“Şəhid ailələri və ya qazilərə məşğulluqla bağlı verilən avadanlıqların istifadəsində müəyyən çətinliklər yaranır”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin şəxslərə avadanlıqlar verilsə də, yer olmadığı üçün həmin əşyalar ya öz evlərinə, ya da başqasının evinə qoyulur: “Məsələn, təkər yamamaq işi ilə bağlı avadanlıq verilir, təbii ki, bu işlə evin içində məşğul olmaq olmaz. Odur ki, avadanlıq verilirsə, bunun üçün yer də olmalıdır. Bəzi rayonlarda qazilərin məşğulluğu üçün torpaqların verilməsi ilə bağlı problem var”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputatın fikirlərinə cavab olaraq bildirib ki, Vətən müharibəsindən bu günədək 9000 şəhid ailəsi, müharibə veteranı və əlilləri aktiv məğulluqla təmin olunub: “Növbəti illərdə bu istiqamətdə addımlar atılacaq. Bu günə qədər həmin təbəqəyə aid 16 mindən çox şəxs işə düzəlib”
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09