Netanyahu Hikmət Hacıyevi qəbul etdi

İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici Siyasət Əlaqələri Şöbəsinin rəhbəri Hikmət Hacıyevi qəbul edib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.