DİN- in mətbuat xidmətindən verilən məlumat

0

❗️Quldurluq

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.


❗️Oğurluq

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 15-də Moskva prospektində yerləşən kafelərin birindən qapını sındırmaq yolu ilə 280 manat pul, 1500 manat dəyərində mobil telefon, səsgücləndirici, mikrofon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Hümmətov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


❗️Oğurluq

Binəqədi rayonunda noyabrın 13-də “VAZ-2109” markalı avtomobildən 1800 manat dəyərində maqnitofon və 3 ədəd səsgücləndirici oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini Nəcəf Hüseynov saxlanılıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Araşdırmalar davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir