Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb

Sabunçu rayonunda oktyabr ayında keçirilən əməliyyatlar zamanı
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. İdarə və ərazi polis orqanlarının oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 39 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.
Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

10 noyabr 2022-ci il

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir