Zəfər günümüz qürur günümüzdür
Zəngilan 33 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi öz dərs dediyi 1 A sinfinin şagird kollektivi ilə Zəfər gününə həsr olunmuş maarifləndirici tədbir keçirmişdir .
Tədbir doğurdanda mənə gələcəyə doğru sağlam nəslin yetişməsindən xəbər verdi.
Orda iştirak edən şagirdlərin hər birində təkcə səhnədə şer söyləmək , çıxış etmək ilgimi çəkmədi .Onların üz – göz , ifadələrində olan davranışlar mənə sanki bir film izləyirmişəm kimi gəlirdi.
Çox təsirləndim açığını desəm tədbirdə sonadək oturmadım . Allah yağı düşmənə lənət eləsin . Körpə birincilər daha 6 yaşlarından yetkin bir qəlbə sahib idilər . Məni bir tərəfdən qəhər boğsada , digər tərəfdən bir Azərbaycanlı olduğum üçün də fəxr edirəmki , bəli balacamızdan böyüyümüzə kimi biz mərd , cəsur , yenilməz millətik .
Təkrar arxaya dönüb sinif otağına sağollaşmaq üçün girdiyimdə Zəminə müəlliməyə xüsusi təşəkkürümü bildirirdim ki , müəllimə sözümü sonadək dinləmədən belə dedi :
__ Arzu xanım mən müəlliməyəm ! Və mənə əmanət edilən bu körpələrdə bu vətənin övladlarıdır . Torpaqlarımızı işğaldan kim azad etdi ? deyə mənə sual verdi .Kimlər orda qan tökdü şəhid oldu , qazi oldu ?
Susdum !
Müəllimə mənə uşaqları əli ilə göstərərək , biz bu vətənə igid , qəhrəman , hetta belə deyim Həcərlər Nəbilər yetişdiririk .
Və uşaqlara səslənərək , Uşaqlar vətənimizi neynəməliyik dedikdə , hamisi bir ağizdan sevməliyik qorumalıyıq Vətən bizə əmanətdir dedilər.
Gözlərim doldu özümü ifadə edə bilməzdim həmin an qürur anım idi .
Bəli müəllimə Zəminə İsmayılova vətənimizə fərdlər yox əsl şəxsiyyətlər yetişdirir .
Təşəkkürlər Zəminə
müəllimə !
Təşəkkürlər 1 A sinfinin şagirdləri .
ZƏFƏRİMİZ MÜBARƏK !
⤵️
“TURANIN SƏSİ” Təsisçi və baş redaktor : Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09