DEPUTAT : “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi dövlətimizin xaricisiyasətinin əsas prioritetlərindən biridir”

0

Türk dövlətlərinin birliyi !

Son illərdə Türk dövlətləri arasındakı əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, dünyada baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk dünyasının birləşməsi istiqamətində ölkəmiz böyük səy göstərir. Yada salsaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır.

2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantısında imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb.

Bu barədə “Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Ötən müddət ərzində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirərək səmərəli platformaya çevirib. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəzi Türk dövlətləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Azərbaycanın tarixi zəfərindən sonra Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa və yenidənqurma işlərinə Türk Dövlətləri Təşkilatına üzv ölkələr öz töhfələrini verirlər. Belə ki, qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bir məktəbin təməli isə bu yaxınlarda Ağdam rayonunda qoyuldu. Bundan başqa Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdirlər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nin Baş katibi və nümayəndə heyətini qəbul etmişdir.

Qəbul zamanı cənab Prezidentimiz bir aydan sonra Şuşa səhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini və əsas mövzuların nəqilyyat və iqlimlə bağlı olacağını bildirmişdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf prespektivlərini şərtləndirən əsas amildir. Zirvə görüşünün Şuşada keçirilməsi cənab Prezidentin qeyd etdiyi kimi rəmzi məna daşıyacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir