DİN-in mətbuat xidmətinin məlumatı

Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 79 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

  • Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
    • Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

    • Noyabrın 3-də saat 10 radələrində Lənkəran şəhəri ərazisində Qurumba kənd sakini Q.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Veravul kənd sakini Məmməd Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
      Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
  • Noyabrın 3-də saat 21 radələrində Yasamal rayonu ərazisində Şamaxı rayon sakini A.Abbasov idarə etdiyi “Otocar” markalı sərnişin avtobusu ilə yolu keçən həmyerlisi Piri Məmişovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Y.Abıyevi aldadıb hesabına 175 manat pul ödətdirməklə dələduzluq etməkdə və Binəqədi qəsəbə sakini olan bir qadının bank hesabından 150 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Camaləddin Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

  • Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Hyundai” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 2700 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Tural Mehdiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

  • Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Baxışevdən 445 qram marixuana aşkar olunaraq götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir